18.05.2024 18:00
Hacıfəxrəddin Yəhya oğlu SƏFƏRLİ
Hacıfəxrəddin Yəhya oğlu SƏFƏRLİ

Hacıfəxrəddin Yəhya oğlu SƏFƏRLİ

Dairə: 23 saylı Cəhri seçki dairəsi

 

1949-cu il sentyabrın 29-da Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan Filialının Tarix ixtisasını bitirmişdir. Tarix üzrə elmlər doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 400-dən artıq elmi əsərin, o cümlədən 40-dan artıq monoqrafiya, kitab, dərslik, metodik vəsait və ümumiləşdirici əsərin müəllifidir.

1971-1979-cu illərdə Babək rayonu Cəhri kənd orta məktəbində müəllim, 1979-1996-cı illərdə Naxçıvan Regional Elm Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdirinin müavini, şöbə müdiri, 1995-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, dosent, professor vəzifələrində işləmişdir. 2007-2023-cü illərdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsi

E-mail: hajifakhraddin.safarli@alimajlis.gov.az