18.05.2024 21:10
Turan Bəyməmməd qızı MƏMMƏDLİ
Turan Bəyməmməd qızı MƏMMƏDLİ

Turan Bəyməmməd qızı MƏMMƏDLİ

Dairə: 22 saylı Şıxmahmud seçki dairəsi

 

1984-cü il mayın 13-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-Tibb fakültəsini bitirmiş və həmin universitetdə magistr təhsili almışdır. Biologiya üzrə fəlsəfə doktorudur. 18 elmi məqalənin və 7 kitabın müəllifidir.

2007-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində baş laborant və müəllim, 2012-2013-cü illərdə Abşeron rayon Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində müəllim, 2013-2014-cü illərdə Babək rayon Payız kənd tam orta məktəbində müəllim, 2014-2023-cü illərdə Babək rayon Payız kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Subaydır, 1 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi, Ali Məclisin Hesablayıcı komissiyasının sədri

E-mail: turan.mammadli@alimajlis.gov.az