18.05.2024 19:02
Həbibə Rəşad qızı ALLAHVERDİYEVA
Həbibə Rəşad qızı ALLAHVERDİYEVA

Həbibə Rəşad qızı ALLAHVERDİYEVA

Dairə: 20 saylı Yarımca seçki dairəsi

 

1981-ci il iyunun 9-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində bakalavr və həmin universitetdə magistr təhsili almış, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 42 elmi məqalə, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir. 6 fərdi rəsm sərgisi ilə yanaşı Türkiyə, ABŞ, İran və Türkmənistanda keçirilən qarışıq sərgilərdə, festival, simpozium və elmi konfranslarda iştirak etmişdir.

2001-2005-ci illərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında butofor-rəssam, 2005-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət kafedrasında müəllim, 2012-2019-cu illərdə baş müəllim və 2019-2020-ci illərdə həmin kafedranın müdiri, 2020-2022-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda kafedra müdiri vəzifələrində işləmişdir. 2022-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” fəxri adı ilə təltif edilmişdir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali MəclisinHumanitar siyasət komitəsi

E-mail: habiba.allahverdiyeva@alimajlis.gov.az