18.05.2024 21:53
İsa Mustafa oğlu MƏMMƏDOV
İsa Mustafa oğlu MƏMMƏDOV

İsa Mustafa oğlu MƏMMƏDOV

Dairə: 19 saylı Babək qəsəbə seçki dairəsi

 

1960-cı il avqustun 3-də Naxçıvan rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik ixtisasını bitirmişdir.

1983-1986-cı illərdə Rostov Şəhər Layihə Təcrübə Konstruktor Bürosunda mühəndis, 1986-2000-ci illərdə Naxçıvan Üzlük Piltələr Zavodunda mühəndis, 2000-2003-cü illərdə Nehrəm kənd “Türkan-92” kiçik müəssisəsində direktor, 2003-2006-cı illərdə Babək Rayon İcra Hakimiyyətinin Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2006-2007-ci illərdə Babək Rayon Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının Babək Rayon Təşkilatının sədri vəzifəsində işləyir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı və “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi, Ali Məclisin Hesablayıcı komissiyası

E-mail: isa.mammadov@alimajlis.gov.az