18.05.2024 20:26
Arif Mikayıl oğlu QASIMOV
Arif Mikayıl oğlu QASIMOV

Arif Mikayıl oğlu QASIMOV

 

Dairə: 1 saylı Sədərək seçki dairəsi

 

1952-ci il sentyabrın 6-da Şərur rayonunun Sədərək kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsini bitirmişdir.

1974-1976-cı illərdə Sədərək Üzümçülük Sovxozunun Şərab Zavodunda su nəzarətçisi, 1976-1998-ci illərdə Sədərək kənd XDS İcraiyyə Komitəsində baş mühasib, 1998-2000-ci illərdə Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının Sədərək Rayon Təşkilatının sədridir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 5 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi

E-mail: arif.gasimov@alimajlis.gov.az