18.05.2024 19:35
Ehtimad Cəfər oğlu MƏMMƏDOV
Ehtimad Cəfər oğlu MƏMMƏDOV

Ehtimad Cəfər oğlu MƏMMƏDOV

Dairə: 17 saylı Çalxanqala seçki dairəsi

 

1978-ci il iyunun 19-da Naxçıvan rayonunun Sust kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirmişdir.

2000-2004-cü illərdə Kəngərli rayonu Böyükdüz kənd tam orta məktəbində direktor müavini, 2004-2007-ci illərdə Kəngərli Rayon İcra Hakimiyyətində baş məsləhətçi, 2007-2008-ci illərdə Kəngərli rayonu Böyükdüz kənd tam orta məktəbində müəllim və 2008-2018-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 2018-ci ildən Kəngərli rayonu Şahtaxtı kənd tam orta məktəbində direktor vəzifəsində işləyir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi, Ali Məclisin İntizam komissiyasının sədri

E-mail: ehtimad.mammadov@alimajlis.gov.az