17.07.2024 19:41
Anar Adil oğlu İBRAHİMOV
Anar Adil oğlu İBRAHİMOV

Anar Adil oğlu İBRAHİMOV

 

Dairə: 16 saylı Qıvraq seçki dairəsi

 

1976-cı il avqustun 14-də Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Sosial-siyasi münasibətlər-Politologiya fakültəsində bakalavr, 2017-ci ildə isə Sakarya Universitetində Siyasət elmləri və dövlət idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır.

1997-1998-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində aparıcı mütəxəssis, 1998-1999-cu illərdə həmin Komitədə şöbə müdiri, 1999-2001-ci illərdə həmin komitədə sədr müavini, 2000-2001-ci illərdə Sahibkarlığa Kömək Fondunun icraçı direktor əvəzi, 2001-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri işləmişdir. 2021-ci ildən Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini-Aparatın rəhbəri, 2023-cü ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini vəzifəsində çalışır. 2006-cı ilin may ayından Avropa Şurasının Yerli və Regoinal Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Daimi (Rəhbər) Komitəsinin və Monitorinq Komitəsinin üzvüdür. 2007-2010-cu illərdə Avropa Şurasının “Qanunvericilik hakimiyətlərə malik regionlar” Daimi işçi qrupunun üzvü olub. 2011-ci ildən Avropa Birliyi Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərin Konfransının (CORLEAP) Azərbaycan Respublikasından üzvü təyin edilib. 2015-2016-cı illərdə və 2019-2020-ci illərdə CORLEAP-ın həmsədri seçilmişdir. 

5 oktyabr 2023-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

E-mail: anar.ibrahimov@alimajlis.gov.az