18.05.2024 19:10
Sevda Rüstəm qızı QULUYEVA
Sevda Rüstəm qızı QULUYEVA

Sevda Rüstəm qızı QULUYEVA

Dairə: 15 saylı Qarabağlar seçki dairəsi

 

1963-cü il oktyabrın 1-də Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetində Biologiya ixtisası üzrə ali təhsil almışdır.

1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsinin Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda elmi işçi, 1989-2013-cü illərdə Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli orta məktəbində müəllim, 2013-2015-ci illərdə Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində direktor vəzifələrində işləmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının Kəngərli Rayon Təşkilatının sədri vəzifəsində çalışır.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmiş, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi

E-mail: sevda.guluyeva@alimajlis.gov.az