18.05.2024 20:07
Asim Yediyar oğlu ƏLİYEV
Asim Yediyar oğlu ƏLİYEV

Asim Yediyar oğlu ƏLİYEV

Dairə: 14 saylı Danyeri seçki dairəsi

 

1954-cü il yanvarın 5-də Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 16 kitab müəllifidir. 

Əmək fəaliyyətinə 1975-ci ildə Şərur rayonun Qıvraq kənd orta məktəbində müəllim kimi başlamış, 1982-1989-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsində məsləhətçi, 1989-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, şöbə müdiri və baş redaktor vəzifələrində işləmişdir. 2007-ci ildən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədridir.

Prezident mükafatçısıdır. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı və “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Bitərəf

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi

E-mail: asim.aliyev@alimajlis.gov.az