18.05.2024 20:01
Yeganə Qurban qızı MƏMMƏDOVA
Yeganə Qurban qızı MƏMMƏDOVA

Yeganə Qurban qızı MƏMMƏDOVA

Dairə: 11 saylı Həmzəli seçki dairəsi

 

1965-ci il dekabrın 2-də Şərur rayonunun Gümüşlü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini bitirmişdir. Tarix üzrə fəlsəfə doktorudur.

1987-2001-ci illərdə Şərur rayon Aşağı Yaycı kənd orta məktəbində müəllim və direktor müavini vəzifələrində işləmişdir və 2001-ci ildən həmin məktəbin direktoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvüdür.

“Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi” medalı ilə təltif edilmiş,  Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsinin sədri

E-mail: yegana.mammadova@alimajlis.gov.az