17.07.2024 20:30
Telman Əli oğlu MÖHBƏLİYEV
Telman Əli oğlu MÖHBƏLİYEV

Telman Əli oğlu MÖHBƏLİYEV

Dairə: 9 saylı Mahmudkənd seçki dairəsi

 

1955-ci il martın 31-də Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.

1979-1996-cı illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq, 1996-2007-ci illərdə həmin xəstəxanada şöbə müdiri vəzifələrində işləmişdir. 2007-ci ildən Şərur Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvüdür.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adı verilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi

Üzv olduğu Beynəlxalq təşkilatlar: Avropa Kardioloqlar Cəmiyyəti

E-mail: telman.mohbaliyev@alimajlis.gov.az