18.05.2024 18:16
Əmir Baxşəli oğlu BABAYEV
Əmir Baxşəli oğlu BABAYEV

Əmir Baxşəli oğlu BABAYEV

Dairə: 5 saylı Alışar seçki dairəsi

 

1956-cı il sentyabrın 19-da Şərur rayonunun Yuxarı Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir.

1979-1999-cu illərdə Şərur rayon Sərxanlı kənd orta məktəbində müəllim və direktor, 1999-2007-ci illərdə Şərur Rayon Təhsil Şöbəsində metodist və aparıcı mütəxəssis vəzifələrində işləmişdir. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının sədri vəzifəsində işləyir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı və “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi, Ali Məclisin Hesablayıcı komissiyası 

E-mail: amir.babayev@alimajlis.gov.az