18.05.2024 20:01
Rizvan Təmo oğlu MƏMMƏDOV
Rizvan Təmo oğlu MƏMMƏDOV

Rizvan Təmo oğlu MƏMMƏDOV

Dairə: 34 saylı Şahbuz şəhər seçki dairəsi

 

1955-ci il dekabrın 10-da Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix ixtisasını və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər nəzəriyyəsi ixtisasını bitirmişdir.

1980-1985-ci illərdə Şahbuz Rayon Komsomol Komitəsində şöbə müdiri, 1985-1989-cu illərdə Şahbuz Rayon Partiya Komitəsində təlimatçı-kabinet müdiri, 1992-1994-cü illərdə Şahbuz rayonu Qızıl Qışlaq kənd orta məktəbində müəllim, 1994-2000-ci illərdə Şahbuz Rayon İcra Hakimiyyətində şöbə müdiri, 2000-2002-ci illərdə Şahbuz Rayon Təhsil Şöbəsində metodist, 2002-2005-ci illərdə Şahbuz Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində işləmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının Şahbuz Rayon Təşkilatının sədri vəzifəsində çalışır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi

E-mail: rizvan.mammadov@alimajlis.gov.az