18.05.2024 22:10
Elman Yusif oğlu CƏFƏRLİ
Elman Yusif oğlu CƏFƏRLİ

Elman Yusif oğlu CƏFƏRLİ

Dairə: 26 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1976-cı il aprelin 4-də Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fənlər fakültəsini bitirmiş və həmin universitetdə magistr təhsili almışdır. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. 4 monoqrafiya, 70-dən çox elmi məqalə, 1 metodik vəsait və 1 fənn proqramının müəllifidir.

1997-1999-cu illərdə Naxçıvan şəhər 12 nömrəli məktəbdə psixoloq, 2000-2005-ci illərdə həmin məktəbdə müəllim, 2000-2001-ci illərdə Naxçıvan Dövlət Universitetində baş laborant, 2001-2009-cu illərdə həmin universitetdə müəllim və baş müəllim vəzifələrində işləmişdir. 2009-cu ildən Naxçıvan Dövlət Universitetində dosentidir, eləcə də 2010-cu ildən Yeni Azərbaycan Partiyasının Naxçıvan Şəhər Təşkilatının sədri vəzifəsində çalışır.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsinin sədri

E-mail: elman.jafarli@alimajlis.gov.az