18.05.2024 21:30
Seymur Vasif oğlu TALIBOV
Seymur Vasif oğlu TALIBOV

Seymur Vasif oğlu TALIBOV

Dairə: 25 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası bitirmiş, həmin universitetdə magistr təhsili almışdır. Eyni zamanda İngiltərənin London City Universitetini və Oxford Universitetinin Said Biznes məktəbini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1 dərs vəsaiti və 20-yə yaxın elmi məqalənin müəllifidir.

2011-2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, baş müəllim və dosent, 2016-2022-ci illərdə həmin universitetdə Beynəlxalq əlaqələr üzrə prorektor, 2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçisi vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri və Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidentidir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsi

E-mail: seymur.talibov@alimajlis.gov.az