18.05.2024 19:35
Hüseyn Əsrafil oğlu NİFTƏLİYEV
Hüseyn Əsrafil oğlu NİFTƏLİYEV

Hüseyn Əsrafil oğlu NİFTƏLİYEV

Dairə: 18 saylı Nehrəm seçki dairəsi

 

1951-ci il aprelin 27-də Naxçıvan rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirmişdir.

1975-1976-cı illərdə Bakı şəhər Sabunçu rayon 5 nömrəli Uşaq Xəstəxanasında həkim, 1976-1982-ci illərdə Culfa rayon Yaycı kənd Xəstəxanasında həkim vəzifələrində işləmişdir. 1982-ci ildən Babək rayon Nehrəm Qəsəbə Sahə Xəstəxanasında baş həkim vəzifəsində çalışır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı, “Tərəqqi” medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi    (1918-2018)” yubiley medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adı və Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adları verilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsinin sədr müavini, Ali Məclisin İntizam komissiyası

E-mail: huseyn.niftaliyev@alimajlis.gov.az