18.05.2024 18:00
Turan Vaqif qızı HƏSƏNOVA
Turan Vaqif qızı HƏSƏNOVA

Turan Vaqif qızı HƏSƏNOVA

Dairə: 13 saylı İbadulla seçki dairəsi

 

1975-ci il avqustun 15-də Şərur rayonunun Qışlaqabbas kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin Kimya ixtisasını bitirmişdir.

1997-ci ildən Şərur rayonu İbadulla kənd tam orta məktəbində və 2016-cı ildən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə müəllim işləyir.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif edilmişdir.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi

E-mail: turan.hasanova@alimajlis.gov.az