18.05.2024 15:32
Azər Yadulla oğlu ZEYNALOV
Azər Yadulla oğlu ZEYNALOV

Azər Yadulla oğlu ZEYNALOV

Dairə: 10 saylı Şərur şəhər seçki dairəsi

 

1970-ci il dekabrın 20-də Şərur şəhərində anadan olmuşdur. Lipetsk Politexnik İnstitutunun Sənaye nəqliyyatı mühəndisi ixtisasını bitirmişdir.

1993-1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsində mütəxəssis, 1994-2000-ci illərdə Şərur Rayon İcra Hakimiyyətinin Aparatında məsləhətçi, baş məsləhətçi, böyük referent, 2000-2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş referent və İqtisadiyyat şöbəsinin müdiri, 2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Naxçıvan Hissəsinin rəisi vəzifələrində işləmişdir. 2005-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsində çalışmış, 21 dekabr 2022-ci il tarixdən 05 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra etmişdir.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi

E-mail: azar.zeynalov@alimajlis.gov.az