
MEHDİYEV ƏQİL SƏFTƏR OĞLU
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Dairə: 35 saylı Kolanı
1920-ci ildə Naxçıvan (indiki Babək) rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsini və Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus dilini bilir. “Qafqazın müdafiəsinə görə”, “Əməkdə igidliyə görə”, “Əməkdə fərqlənməyə görə”, “Lenin” yubiley və “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbəyə görə” medalları, Naxçıvan MSSR Ali Sovetinin Fəxri Fərmanı (1964), “Səhiyyə əlaçısı” döş nişanı, Naxçıvan MSSR-in “Əməkdar həkim”i (1974) və Azərbaycan SSR-in “Əməkdar həkim”i (1981) fəxri adları, daha sonralar isə “Şöhrət" ordeni, "İstiqlal" medalı ilə təltif olunmuşdur.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Elanlar
Gündəlik